Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-22 11:10:00
Dünyada fərqli buraxılış imtahan formaları –MARAQLI

Böyük Britaniya və Amerika Birləşmiş Ştatlarının məktəblərində buraxılış imtahanlarını kənar təşkilatların ixtisaslaşdırılmış nümayəndələri keçirirlər.

AzEdu.az xəbər verir ki, bu barədə məlumat Sosial Tədqiqatlar Mərkəzi tərəfindən hazırlanan “Azərbaycan Barometri” jurnalının ikinci sayında öz əksini tapıb.

Müxtəlif ölkələrdə buraxılış imtahanlarının sayı da dəyişkəndir. Fransada cəmi 2-3 fənn olursa, Almaniyada məktəblilər 4 imtahanda birləşdirilmiş 28 (!) fənn üzrə akademik biliklərini nümayiş etdir məlidirlər.

Lakin Amerika imtahan testlərinin məqsədi nəinki əsas fənlər üzrə abituriyentin biliklərini qiymətləndirmək, eyni zamanda onun ali məktəbdə təhsil almaq imkanlarını və hazırlığını proqnozlaşdırmaqdır. Bu cür yanaşmanın nəzərəçarpan üstünlükləri var, çünki yüksək səviyyəli bir mütəxəssis olmaq üçün təkcə nəzəriyyə ilə kifayətlənmək yetərli deyil. ABŞ-da intizamlı, yaradıcı, uğurlara köklənmiş və öz gücünə inamlı olmaq əsas meyarlar sırasındadır.

Böyük Britaniya və Amerika Birləşmiş Ştatlarının məktəblərində buraxılış imtahanlarını kənar təşkilatların ixtisaslaşdırılmış nümayəndələri keçirirlər. Məlumata əsasən, Fransada imtahanlar məktəbin özündə keçirilir, lakin imtahan götürənlər digər təhsil müəssisələrindən dəvət olunur.

Günel Yaşarqızı
Müəllifin digər yazıları