Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-19 14:35:00
Qəbul imtahanını ən yaxşı həyata keçirən ölkə - Nümunə götürək

Sosial araşdırmalara əsasən, ali məktəblərə qəbul imtahanın nəticəsi İsraildə 7 il ərzində etibarlı hesab olunur.

Ali məktəblərə  qəbul imtahanlarında  isə bir neçə dəfə iştirak etmək mümkündür.

AzEdu.az xəbər verir ki, bu barədə məlumat Sosial Tədqiqatlar Mərkəzi tərəfindən hazırlanan “Azərbaycan Barometri” jurnalının ikinci sayında bildirilib.

Hesabata əsasən İsraildə imtahanla bağlı vəziyyət olduqca maraqlıdır. Bu ölkədə ali məktəblərə qəbul olunmaq üçün abituriyentlər psixometrik imtahandan keçməlidirlər. Bu imtahanların nəticəsi 7 il ərzində etibarlı hesab olunur. İmtahanlarda bir neçə dəfə iştirak etmək mümkündür, ancaq cəhdlər arasında fasilə ən azı altı ay olmalıdır. İmtahanlar İsrailin İmtahanlar və Statistika Mərkəzinin mütəxəssisləri tərəfindən keçirilir.

İmtahan 165 tapşırıqdan ibarətdir və aşağıdakı keyfiyyətləri yoxlamağa yönəlib:

Ana dilində məntiqi düşünmə qabiliyyəti (sualların 40%-i)

İngilis dilini bilmə səviyyəsi (20%)

Riyazi qabiliyyətlər (40%)

İmtahan üç əsas istiqamət üzrə testlər toplusundan ibarətdir: ingilis dili, riyazi qabiliyyət və verbal düşüncə. Fərqli abituriyentlər üçün müxtəlif dillərdə imtahan keçirilir: ispan dili üzrə (ildə 1 dəfə), fransız dili üzrə (ildə 1 dəfə), ərəb dili üzrə (ildə 4 dəfə), rus dili üzrə (ildə 2 dəfə), ivrit dili üzrə (ildə 5 dəfə).

Məlumata əsasən, kifayət qədər əlverişli şərtlərə baxmayaraq, israilli abituriyentlər dəfələrlə hiylə yolu ilə imtahanlardan keçməyə cəhd göstəriblər. Məsələn, 2010-cu ildə şagirdlər sinif rəhbərlərinin elektron poçtunu ələ keçirərək, onun adından testlərin cavablarının göndərilməsi haqqında Təhsil Şöbəsinə məktub yazıblar.

Günel Yaşarqızı
Müəllifin digər yazıları