Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-18 12:28:00
“Xeyli abituriyent bundan narazıdır” - Ceyhun Bayramov

“İmtahan barədə danışarkən hər zaman dürüstlük və ədalətlilik prinsiplərinə diqqət etmişik. Şagirdlərimiz riyazi bacarıqlarla bağlı axsayırlar. Məhz buna görə də, yeni imtahan modeli lazımdır. XXI əsr tələb və bacarıqların yazı, riyazi tapşırıq, mətn və situasiya vasitəsilə ölçülməsinə imkan verir”.

AzEdu.az xəbər verir ki, bu sözləri təhsil naziri Ceyhun Bayramov Sosial Tədqiqatlar Mərkəzinin "Yeni imtahan modeli:islahatlar, nəticələr və gözləntilər" mövzusunda keçirilən hesabat tədbirində deyib:

“İmtahanlarda fənlərin sayının azalılması da bu modelin əsas xüsusiyyətlərindəndir. Bu, həm qiymətləndirmə yükünü azaldır, həm də abituriyentlərə psixoloji baxımdan müsbət təsir göstərir.

Abituriyentlərin 80%-i sınaq imtahanlarında kağız azlığından şikayət edirdilər. Rayonlarda bu istiqamətdə işlər görürük.

İngilis dili imtahannda dinləyib-anlama tapşırıqları üçün yeni resurslar hazırlanıb. DİM bu barədə xeyli işlər görüb. Xatırladım ki, ingilis dili üzrə ali təhsil alan məzunlarımızın sayı artır. Bu, sevindirici haldır”.

Qeyd edək ki, konfransda STM İdarə Heyətinin sədri, deputat Zahid Oruc, Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova, təhsil naziri Ceyhun Bayramov, DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və başqaları iştirak ediblər.

Ayşə MÜSEYİB