Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-18 09:38:00
İşdənçıxma ərizəsi yazan müəllim  sonradan fikrini dəyişdikdə  nələr etməlidir? - Hüquqi bilgi

AzEdu.az müəllim və direktorları maraqlandıran məqamlarla bağlı yazıları təqdim edir. Hazırda müəllimlərin ən çox soruşduqlar arasında bu sual da yer alır. 

Sual:

İşdən çıxmaq üçün müraciət etdikdən sonra məzuniyyətə çıxan müəllim, bu müddət ərzində fikrini dəyişibsə, məzuniyyətdən qayıtdıqdan sonra işinə bərpa oluna bilər?

Cavab:

AzEdu.az məlumat verir ki, bu barədə məsələlər Əmək Məcəlləsi ilə tənzimlənir.

Məcəlləyə görə, əmək müqaviləsinə xitam verilən müəllimin ödənməmiş məzuniyyət hüququ varsa, o məzuniyyət hüququndan istifadə edə bilər. və ya ödənmiş məzuniyyət müəyyən ödənişlə kompensasiya edilməlidir.

Həmçinin, o, məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları