Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-16 13:34:00
Pedaqoji təhsili olmayanlar müddətsiz müqavilə ilə işləyə biləcəklər? -Cavab  

Pedaqoji təhsili olmayanlar da məktəblərdə dərs deyə biləcəklər

AzEdu.az xəbər verir ki,  "Təhsil haqqında" Qanuna əlavə edilən yeni maddəyə əsasən, müvafiq ixtisas üzrə pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislərin də məktəblərdə müəllim kimi fəaliyyət göstərməyi planlaşdırılır.

Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov bildirib ki, İKT, fizika, kimya sahəsində ali təhsilli peşəkar mütəxəssislər olsa da, onların pedaqoji təhsilləri yoxdur:

 "Belə yüksək hazırlığa malik mütəxəssislərin məktəblərdə müəyyən qaydalar çərçivəsində dərs deməsi yaxşı olardı. Xüsusən də təmayül siniflərində".

Qeyd edək ki, 2009-ci ilə qədər humanitar fənləri müəllimlik ixtisası üzrə bitirməyən şəxslərin diplomları qeyri- pedaqoji sayılır. Onlar müəllimlərin işə qəbulu müsabiqəsinin imtahan mərhələsinə buraxılmır.  Magistratura səviyyəsində həmin şəxslər fənnin metodikası üzrə təhsil alarsa və ya fənn üzrə  pedaqoji hazırlıq keçərsə,  artıq onların diploma müəllim işləmək üçün keçərli hesab olunur.

2009-cu ildən sonra təhsili pedaqoji istiqamətdə olmayan kadrlar MİQ müsabiqəsində iştirak edə bilər.  Amma  həmin şəxslər  ancaq müddətli müqavilə ilə məktəbdə işləyə bilər . Müddətsiz müqavilə ilə işləmək üçün isə bakalavr diplomunun pedaqoji istiqamətdə olmağı mütləqdir.

Məlumat üçün qeyd edək ki, “Təhsil haqqında” Qanuna əlavə edilən yeni maddənin tətbiqi üçün fəaliyyət planları hazırlanır. Hələ ki, məktəblərdə tətbiq olunmur.

Ayşə Müseyib