Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-05 09:16:00
Peşə təhsili müəssisələrinə qəbul başa çatır

2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə qəbulun 2-ci mərhələsi 5 sentyabr tarixində başa çatır.

AzEdu.az xəbər verir ki, müsabiqənin 2-ci mərhələsində ən çox müraciət olunanlar ixtisaslar sırasında Dərzi, Aşpaz, Kompüter operatoru, Elektrik qaz qaynaqçısı, Xalçaçı, Elektrik avandanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, Mehmanxana inzibatçısı yer alır.

Qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə aparılacaq.

Müsabiqəyə 1-ci mərhələsində iştirak etməyən namizədlər də sənədlərini təqdim edə bilərlər. 2-ci mərhələ ilə bağlı sənəd qəbulu “ASAN xidmət”  mərkəzlərində, “ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə müvafiq peşə təhsili müəssisələrində ödənişsiz şəkildə və elektron qaydada həyata keçiriləcək.

Əlilliyi olan şəxslərin, həmçinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların peşə təhsili müəssisələrinə qəbulu müsabiqədənkənar aparılır.

Qeyd edək ki, 2-ci mərhələ üzrə 6200-dən çox plan yeri ayrılıb. Nəticələrin 6 sentyabr tarixində elan olunacağı nəzərdə tutulub.