Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-01 13:00:00
ADU-da Çin dili gününə həsr olunan “açıq dərs” keçirildi

Azərbaycan Dillər Universitetində (ADU) Birləşmiş Millətlər Təşkilatının (BMT) İctimai İnformasiya Departamentinin təşəbbüsünə əsasən, BMT-nin rəsmi dillərinin təbliği məqsədilə 2010-cu ildə təsis edilən Çin dili gününə həsr olunan “açıq dərs” keçirilib.

AzEDU.az xəbər verir ki, tədbirdə Azərbaycan-Çin əlaqələrinin inkişafı istiqamətində görülən işlər haqqında Çin dilində yazılan kitabların, bu dildə dərslik və lüğətlərin sərgisi keçirilib.

ADU-nun Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov əsası Ulu Öndərin Çinə tarixi səfəri zamanı qoyulan və ölkələrimiz arasında təhsil sahəsində sürətlə genişlənən əməkdaşlıqdan söz açıb.

R.Abbasov Azərbaycan gənclərinin Çin dilinə və mədəniyyətinə maraqlarının artdığını qeyd edib. ADU-nun nəzdindəki Konfutsi İnstitutunda ilk dəfə Çin dili üzrə Hanyu Shuiping Kaoshi (HSK) və Hanyu Shuiping Kouyu Kaoshi (HSKK) imtahanlarının keçirildiyi bildirilib.

Konfutsi İnstitutunun müəllimi Çen Siaocen Çin dilinin tarixi, ADU-da bu dilin tədrisinin metodik xüsusiyyətləri və perspektivləri haqqında məlumat verib.