Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-21 11:02:00
Elektron elm mühitinə kiberfiziki sistemlərin inteqrasiyası məsələləri tədqiq edilib

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda elektron elm mühitinə kiberfiziki sistemlərin inteqrasiyası məsələləri tədqiq edilib.

İnstitutdan  bildirilib ki, bu barədə növbəti elmi seminarda şöbə müdiri Şakir Mehdiyev məlumat verib. O, şəbəkə mühitində texniki nasazlıqların diaqnostikası üçün ekspert sistemləri yaradılmasının arxitektura-texnoloji prinsiplərinin işlənildiyini, bu sistemlərin model və metodlarının analiz edildiyini, eləcə də elektron elm mühitinə kiberfiziki sistemlərin inteqrasiyası məsələlərinin tədqiq olunduğunu qeyd edib. Şakir Mehdiyev texniki sistemlərdə diaqnostika aparıldığını, simsiz şəbəkə sistemlərinin müasir vəziyyəti və inkişaf tendensiyalarının, mikroprosessor arxitekturasında istifadə olunan yeni yanaşmaların araşdırıldığını diqqətə çatdırıb.

Sonra hesabata dair müzakirələr aparılıb, sual və təkliflər səsləndirilib.