Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-31 10:36:00
Təhsil Nazirliyi ilə AzEdu.az -ın birgə layihəsi - “Bizim müəllim” - FOTO

Təhsil Nazirliyi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin media təqdimatını davam etdirir.

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, “Bizim müəllim” layihəsinin budəfəki təqdimatı Laçın rayonu  Taxtakörpü qəsəbə tam orta məktəbinin ingilis dili müəllimi Şəbnəm Cəbrayılıya həsr olunur. 

"Şagirdlərimin oxumaq həvəsi, gələcəyə olan inamı, vətənə, millətə olan bağlılığı məni qürurlandırır” 

Şəbnəm Cəbrayıl 2017-ci ildə müəllimlərin diaqnostik qiymətləndirilməsində 55 bal toplayıb.