Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-02 11:30:00
“Bəzi valideynlər günah şagirddə olanda da müəllimdən şikayətlənirlər” – Məktəblərdəki ciddi problem   

Tez-tez rastlananproblemlərdən biri valideynlə məktəb arasındakı narazılıqlardır.  Valideyn bəzən, məktəb binasına girə bilməməsindən,  məktəb isə valideynin təhsilə biganə olmasından gileylənir. 

Lakin valideyn amili təhsil üçün çox vacib faktordur. Onun məktəb rəhbərliyi və müəllimlərlə  münasibəti normal səviyyədə olmasa, bu, təbii ki, təhsilimizə başucalığı gətirməz... 

Məsələ ilə bağlı AzEdu.az-a danışantəhsil eksperti Məlahət Mürşüdlü valideyni təhsilin əsas qollarından biri hesab edir

Ümumilikdə, orta məktəbin tərbiyə prosesində 3 qanad var: valideyn, məktəb və şagird. “Sacayağı” adlandırdığımız bu qanadların biri olmasa təlim-təhsil prosesi axsayar. Bu baxımdan, valideynlərin məktəb işində, təlim-tərbiyə prosesinin təşkilində iştirakı çox vacibdir. Məktəb müəllim və valideynlərin dəstəyi ilə yerləşdiyi ərazidə mərkəzə çevrilir ki, bu mərkəz onların  maddi, mənəvi, təşkilati yardımıyla inkişaf edir. Konstitusiyada uşağın təlim-tərbiyə prosesində valideynin hüquq və vəzifələrinin olması ilə bağlı qanun var. Əgər o, məktəbdən uzaqda qalarsa, öz hüquq və vəzifələrini necə həyata keçirə bilər? Bu səbəbdən də valideyn daim məktəb rəhbərliyi ilə, müəllimlərlə bir yerdə işləməlidir. Hazırda inkişaf etmiş  dünya ölkələrində də valideynin məktəbə müdaxiləsi çox vacib məsələdir. Bununla  bağlı  nazirlik  və digər təşkilatlar tərəfindən çox böyük layihələr həyata keçirilsə də sistem halını almayıb”.

Məsələyə bir də müəllimlərin gözündən baxmaq istədik.  Saray qəsəbəsi 2 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Nigar Piriyeva valideyn-məktəb münasibətlərinin qaydaya salınması üçün, Açıq qapı saatlarının təşkili, valideyn iclaslarının sayının artırılması və s. təklif edir: 

“Bəzi valideynlər hətta günah uşaqlarında olduqda belə, şikayətə gəlirlər. Bu, bir növ müəllim hüquqlarının əlindən alınmasıdır. Hazırda uşaqları heç danlamaq belə mümkün deyil. Bir az acılayan kimi valideyn narazılıq edir.

Bu baxımdan valideynlər üçün hər hansı qurum və ya təşkilatın yaradılması yaxşı olardı. Belə şəraitdə valideynlə müəllim arasıda şagirddən kənar münasibət yaranar.  Daha sonra  valideyn iclaslarının sayı artırılaraq,  məktəblərdə açıq qapı saatları elan olunması bu münasibəti inkişaf etdirər. Beləliklə, valideynlər dərsdə iştirak edərək həm müəllimin, həm də şagirdin dərs fəaliyyəti ilə  yaxından tanış olardı”. 

Bəzən  valideynlər müəllim və direktordan əlavə, hətta Təhsil Nazirliyinin də qoyduğu qərara narazılıq edir” 

Mövzuyla bağlı həm də direktorların  düşüncələrini öyrəndik: 

161 saylı məktəb-liseyinin direktoru Qocayev Şəmsi valideynin məktəbin ictimai həyatında fəaliyyətini yüksək qiymətləndirsə də bəzi fikirlərə narazılığını bildirir: 

“Valideynlərin məktəbə  müdaxiləsini həm müsbət, həm də mənfi olmaqla iki mənada qiymətləndirirəm.

Müsbət mənada götürdükdə, valideyn-məktəb əlaqəsi, qarşılıqlı əməkdaşlıq nə qədər möhkəm olsa, təhsil sistemi bir o qədər yaxşı olar.  Belə hesab edirəm ki, məktəb dedikdə,  burda şagird, valideyn və müəllimdən  ibarət bir üçbucaq  başa düşülür.  Valideyn  təhsil prosesinin bir qoludur.  Onsuz  təhsilin keyfiyyətindən, inkişafından danışmaq mümkün deyil.  Şagirdin dərsi ilə yaxından maraqlanan, daim məktəblə əlaqədə olan valideynlərin övladları dərslərdə daha müvəffəqiyyətli olurlar.  Bu baxımdan, valideynin məktəbə müdaxiləsi əslində müsbət haldır. Hər hansı narazılığı olan valideynlərə dərslərdə iştirak etmələrini təklif edirəm. Hər gün bir valideyn dərsdə iştirak etsə onlar həm dərs prosesinəyaxından müşahidə edər, həm də müəllim və şagirdlərin məsuliyyəti artar”.

“Bəzən isə valideynlər müəllim və direktordan əlavə, təhsil nazirliyin qoyduğu qərara narazılıq edir. Deyir ““Həyat bilgisi” fənni lazımsızdır,  onu ləğv edib, yerinə Rus dili keçin

Bəzən valideynlər hətta uşaqların arasındakı münaqişəyə belə müdaxilə edirlər.

Amma elə valideynlər də var ki,  məktəbin ictimai işlərindən yaxından iştirak edir, əllərindən gələn yardımı göstərirlər.  Bu zaman mən də bu valideynlərə bir təşəkkürnamə yazıram. 

Valideyn-məktəb əməkdaşlığı təhsilin inkişafına  xidmət müstəvisində olmalıdır. Bəzən onlar elə maraqlı fikirlərlə gəlirlər ki, onları həyata keçirməmək mümkün deyil.  Molla Pənah Vaqifin bir sözü var: “Çirkinlik üzünü bürüyəndədir”. Biz niyəməktəbin qapılarını valideynlərə bağlı saxlayaq ki?! 

Bəzən valideynlər məktəb girişlərinə icazə olmamasındangileylənirlər. Valideynin məktəbə gəlməsini elə bir ziyanı yoxdur, əksinə, onlar  məktəbin həyatında fəal iştirak etməlidir.

Amma bizdə  belə bir məsələ var. Dərs prosesi zamanı valideynlər dəhlizdə yığılıb söhbət edirlər.  Bu isə birbaşa dərs prosesini pozur.  Direktor olaraq, mən özümdə dərsi pozmaq haqqını görmədiyim halda valideynin bunu etməsi nə dərəcədə düzgündür?” 

“Məktəb olaraq, valideynləri əməkdaşlığa sövq edirik” 

45 saylı tam orta məktəbin direktoru Nəcibə Axundova  valideyn məktəb əməkdaşlığına yüksək qiymət verir və daim bu istiqamətdə addımlar atır: 

“Bizim məktəbdə “Açıq qapı günü” ənənəsini başlatmışam. Belə ki, valideynlər ayda bir dəfə qeyri-dərs günlərində məktəbə gəlir və müəllimlərlə görüşürlər. Bu, qeyri-rəsmi formada həyata keçirilir. Bu zaman istər dərs prosesi, istərsə də övladlarının davranışları ilə bağlı, bir sözlə, onları maraqlandıran, narahat edən məsələlərdə müəllimlərə öz suallarını verirlər.  Daha sonra, biz “valideynin məktəbdə bir günü” proqramında iştirak etdik.  Bu böyük marağa səbəb oldu və xeyli sayda valideyn müraciət etdi. Onlar bir neçə dərsdə iştirak etdi, direktor və direktor müavinləri, müəllimlərlə görüşüb, maraqlandıqları sualları ünvanladılar.  Məktəb olaraq, valideynləri əməkdaşlığa sövq edirik.

Bəzən olur ki, övladı haqsız olduğu halda valideyn müəllimi qınayır. Bu baxımdan biz mütəmadi olaraq valideyn iclasları təşkil edirik və bu iclaslarda valideynlərin irad və təkliflərini dinlənilir və əsaslı səslənən fikirlər. Bu baxımdan valideynlərin dərslərdə iştirakının mühüm rolu var çünki o dərslərdə iştirak edərək məktəbdən xəbərdar olur və iradlarını düzgün formada çatdıra bilirlər”.

Rəna NƏBİ