Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-26 15:47:00
Ağcabədidə müəllim qəza törədib, 14 yaşlı yeniyetmə ölüb

Bu gün Ağcabədidə 14 yaşlı yeniyetmənin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi baş verib.

AzEdu.az xəbər verir ki,  hadisə rayonun Boyat kəndi ərazisində qeydə alınıb.

İxtisasca müəllim olan Gündüz Vətən oğlu Əliyev idarə etdiyi “VAZ-21099” markalı minik avtomobili ilə 2005-ci il təvəllüdlü İbrahim Məhəmməd oğlu Abbasovu vurub. İ.Abbasov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır. (ONA.az)