Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-29 12:03:00
Abituriyentlər bu rayonlarda daha passivdirlər - Sınaq imtahanının  statistikası  

Fevralın 10-da 2019-cu ilin qəbul imtahanı modelinə uyğun, yeni təhsil proqramları üzrə sınaq imtahanı keçiriləcək.

İmtahanına qeydiyyatın 4 fevralda bitməsinə baxmayaraq, qeydiyyatdan keçənlərin sayı durmadan artır.

AzEdu.az Dövlət İmtahan Mərkəzinin rəsmi saytına istinadən, sınaq imtahanına qeydiyyat prosesində Azərbaycan bölmələri üzrə müşahidə olunan məqamları diqqətə çatdırır:

Hazırki göstəricilərə görə, iki məktəbdə Azərbaycan bölməsi üzrə boş oturacaqların sayı bitib.

Binəqədi rayonu 248 nömrəli və Sumqayıt şəhəri 22 nömrəli tam orta məktəbdə Azərbaycan bölmələri üzrə bütün yerlər dolub.

Bölgələr üzrə imtahana ən çox tələbat göstərilən yerlərdən biri Naxçıvan şəhəridir. Hazırda 14 nömrəli tam orta məktəbə 15 boş oturacaq qalıb. Halbuki 23 yanvara olan göstəricilərə görə, boş oturacaqların sayı 771 idi.

Hazırda imtahana ən az tələbat Sabirabad şəhəri üzrədir. Belə ki, 1 nömrəli tam orta məktəbdə boş oturacaqların sayı 440-dır.

İmişli şəhər 5 nömrəli məktəb-liseydə isə boş qalan oturacaqların sayı 390 təşkil edir.

Qeyd edək ki, imtahan zalından çıxarkən cavab kartı və cavab vərəqi nəzarətçiyə təhvil verilməlidir.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları