Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-15 12:47:00
Tanınmış modelyer vahid müəllim formasının dizaynını verdi – “Milli ornament və naxışlar olmalıdır”

Gələcəkdə müəllimlərin geyimlərinin dizaynı hazırlanarkən Azərbaycanın müasir stilistikada olan milli ornamentlərindən istifadə edilsin”.

Bu sözləri AzEdu.az-a açıqlamasında Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, tanınmış modelyer-dizayner Gülnarə Xəlilova deyib. Onun sözlərinə görə, müəllimlərin geyimlərində maraqlı elementlərdən istifadə etmək olar:

“Müəllimlərimizin bir çoxu geyimlərində diqqətlidirlər.  Hər zaman da   diqqətli olmalarını istəyərəm.  Xüsusi geyim forması  haqda  mövzuya toxunulsa   istəməzdim ki, müəllimlərin  geyimi vahid məktəbli  forması kimi  olsun.

Onun müəllim üçün olmasının nəzərə alınmasını, geyimə bir az daha fərqli yanaşılmasını istərdim.

Düşünmürəm ki, müəllimlərin hər hansı bir vahid formada şagird qarşısına çıxması  düzgün, maraqlı fikirdir.  Amma buna başqa cür də yanaşmaq olar.Müəllimlərin geyimlərində  maraqlı elementlərdən istifadə etmək olar. Əlbəttə bu elementlərin milli ruh, naxışlarımızdan istifadə olunmasının  tərəfdarıyam. Bununla bağlı fərqli dizaynlarım, düşüncələrim var . Təklif edirəm ki, gələcəkdə müəllimlərin geyimlərinin dizaynı hazırlanarkən Azərbaycanın müasir stilistikada olan milli ornamentlərindən istifadə edilsin”.

 Tanınmış modelyer-dizayner bu gün dünyada etno dəbin aktual olduğunu vurğulayıb:

“2006-cı ildə ölkədə Milli Geyim Gününün təsis edilməsi ideyası və təşəbbüsü ilə çıxış etmişəm  və bu təklif sonradan baxılması üçün Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qəbul edilib. Bu gün dünyada etnodəbin aktual olduğunu və  məşhur brend geyimlərdə etno naxışların  istifadəsini  çox görürürük. Niyə görə də biz  öz ornamentlərimizə, naxışlarımıza, dəyərlərimizə  sahib çıxmayaq?! Geyimlərimizdə  bunu nədən istifadə etməyək?!  

2006-cı ildən bu günə qədərki  fəaliyyətimdə  diqqət etdiyim əsas mövzu, fikir, istək, arzudur. Hətta buna uyğun olaraq, Azərbaycanımızı  dünyada layiqincə təmsil etdiyimi düşünürəm.

Azərbaycanın dəyərlərini onun milli naxışlarını , tarixini yetəri qədər  qorumağa çalışıram və qoruyuramda.  Düşünürəm ki,  bu  gün çoxları yolumu davam etdirir bu  çox gözəldir. Amma ən gözəli odur ki, mən yaradıcılığımda çoxşaxəli işlər edirəm və məhz burda da öz imzamı göstərdim. Milli ruhumuza , dəyərlərimizə, milli geyimlərimizə marağı, sevgini artırdım. Bunu mənə elm insanlarımız, dəyərli etnoqraflarımız, alimlərimiz hər zaman söyləyirlər. Bunun üçün də hər zaman   onlara təşəkkür edirəm”.

Günel Yaşarqızı
Müəllifin digər yazıları