Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-07 09:46:59
Şagirdinə təcavüz edən müəllim özünü asdı - VİDEO
Cinsi zorakılığa görə həbs edilən müəllim həbsxanada gecə geyimiylə özünü asaraq öldürüb.
 
AzEdu.az xəbər verir ki, o, 9 qız şagirdinə qarşı cinsi zorakılıqda ittiham edilib.  Türkiyənin Dənizli şəhərində ibtidai məktəbin valideynləri məktəb rəhbərliyinə müəllimdən şikayət ediblər. Şikayətdən sonra, Fərrux adlı müəllim valideynlər tərəfindən ibtidai sinifdə oxuyan 9 qıza qarşı cinsi zorakılıqda günahlandırılaraq həbs olunub.
 
Cinsi istismara məruz qalan qızların valideynləri müəllimin bunu əllə etdiyini bildirib. Polislər tərəfindən yaradılan pedaqoq və psixoloq heyəti istismara məruz qaldığı iddia edilən qızlarla danışıblar.
 
Qızlar müəllimin onlara qarşı cinsi zorakılıq etdiyini təsdiqləyib. Şagirdlərdən biri: "Əl ilə zorakılıq edirdi. Pulumuzun olub-olmaması bəhanəsi ilə əlini cibimizə salırdı" – deyib.
 
Müəllim isə söylənilən ittihamları qəbul etməyib və həbs olunmasının səhəri günü özünü gecə paltarı ilə asaraq öldürüb.
 
Polis intiharın səbəblərini araşdırmağa çalışır. (moderator.az)