Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-05 10:15:07
İngilis dili müəllimi olmaq istəyənlər üçün kurs -TESOL haqqında bilmədikləriniz

Keçən yazımızda ingilis dili müəllimi kimi çalışmaq istəyənlərə beynəlxalq imtahan olan TEFL haqqında məlumat vermişdik. Bu gün isə oxşar imtahanlardan olan TESOL-dan danışacıq.

AzEdu.az TESOL haqqında yazını təqdim edir:

TESOL (Teaching English to Speakers of Other Languages) ana dili ingilis dili olmayanlar üçün ingiliscə müəllimliyini öyrədən kursdur. TESOL kursuna hər kəs qoşula bilər. Ancaq qeydiyyatdan keçməmişdən öncə telefonla ingilis dilində bir danışıq aparılır. Bu zaman ingiliscə danışığınız və deyilənləri  anlayıb-anlamadığınız yoxlanılır. Bildiyiniz kimi ingilis dilində 6 səviyyə var: A1, A2, B1, B1, C1, C2. Kursa yazılmaq üçün ən az B2 səviyyəsini bitiməlisiniz. Digər şərt isə universitetin 2-ci kursunu tamamlamağınızdır.

TESOL sertifikatını aldıqdan sonra xarici ölkədə ingilis dili müəllimi kimi çalışa bilərsiniz.

TESOL kursları 2008-ci ildən etibarən onlayn olaraq da həyata keçirilir. Kurs müddətində 10 səviyyəni keçməlisiniz.

Kurs adətən 3 hissədən ibarətdir. Birinci mərhələdə sizə verilən tapşırıqları edirsiniz və bunu müəlliminizə göndərə bilərsiniz.  Həmçinin tapşırıqların içindəki videoları da izləyirsiniz.

İkinci mərhələdə ya onlayn olaraq (skype),  ya da quruma gedərək müəlliminizlə səsli  tapşırıqları edirsiniz.

Üçüncü mərhələdə isə artıq sizin müəllimlik fəaliyyətiniz izlənilir.

Bir çox ölkədə akkreditasiyadan keçməyən təşkilatlar  bu kursları təşkil edir. Amma bu halda sizin TESOL  sertifikatınız tanınmayacaqdır.