XƏBƏRLƏR

19.11.2019 14:15
DİM-in daha bir böyük fürsəti – Universitetlərə qəbul şansları artacaq

2020-ci ildə keçiriləcək qəbul imtahanlarında abituriyentlər fərqli ixtisas qrupları üzrə imtahanda iştirak edə bilərlər.

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib.

Məlum olduğu kimi ali təhsil müəssisələrinə I-IV ixtisas qrupları üzrə qəbul imtahanı iki mərhələdə həyata keçirilir. İmtahanın ikinci mərhələsi iki dəfə (yaz və yay qəbul imtahanları) təşkil olunur.

Abituriyentlər hər iki imtahanda iştirak edə bilərlər. İkinci mərhələ üzrə hər iki imtahanda iştirak edən abituriyent ikinci imtahanı birincidəkindən fərqli ixtisas qrupu üzrə verə bilər. 

Sadə dildə desək, yaz qəbul imtahanında I ixtisas qrupu üzrə müsabiqəyə qoşulan abituriyent, yay qəbul imtahanlarında III  (və ya II, IV) ixtisas qrupu üzrə imtahana qatılmaq hüququna sahibdir.

Nəzrin Rüstəmova Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu