XƏBƏRLƏR

05.11.2019 12:35
Yeni  direktor təhvil-təslim aktını kimlərlə bağlamalıdır?-Çox verilən sual

AzEdu.az müəllimlərə kömək məqsədilə mütəmadi olaraq aktual suallara cavabları təqdim edir.

Həmin suallardan  biri də məktəbə yeni qəbul olmuş direktorların görəcəyi işlərlə əlaqədardır. Həm direktorların işə qəbulunun müsahibə mərhələsində, həm də sonrakı  fəaliyyətinin nizamlanmasında lazım olacaq sual belədir:

Sual:Məktəbə yeni qəbul olmuş direktor təhvil-təslim aktını kimlərlə bağlayır?

Cavab: Təhvil-təslim aktı bir neçə nəfərin iştirakı ilə hazırlanır. İkidən daha çox şəxsin iştirakı ilə hazırlanan akt daha  etibarlı hesab olunur. Aktı məktəbin sabiq və yeni direktoru, rayon yaxud şəhər müvafiq təhsil şöbəsinin məsləhətçisi və ya bu işə təhkim olunmuş digər vəzifəli şəxs hazırlayır. Bundan əlavə məktəbin iki işçisinin adı da aktda qeyd olunur.

Qeyd edək ki, məktəbə yeni təyin olunmuş direktorun atacağı ilk addım təhvil-təslim prosesi üzrə görüləcək işlərdir. Təhvil- təslim aktı ilə yanaşı, direktor məktəb sənədləşməsi, məktəbin son 1 və 3 ildə göstərdiyi nəticələrlə tanış olur. Eyni zamanda məktəbin pedaqoji, tədris köməkçisi və texniki heyətlə tanışlıq da görüləcək ilkin işlərdəndir.

Ayşə Müseyib

İlin gənc müəllimi-Müraciət formu