XƏBƏRLƏR

30.10.2019 12:30
Müəllimlərə seminar keçirilib

Ümumi təhsil müəssisələrində çalışan Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün “Diaqnostik və formativ qiymətləndirmə, yazı işinin qiymətləndirilməsi mexanizmi” mövzusunda seminarlar keçirilir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzEdu.az-a bildirilib ki, Təlimə Dəstək Mərkəzi tərəfindən təşkil olunan seminarların əsas məqsədi Azərbaycan dili və ədəbiyyat fənninin tədrisində kurikulumun tətbiqi, müasir təlim texnologiyalarından istifadə, formativ qiymətləndirmənin səviyyələr üzrə aparılması və dərs prosesinin təşkilində yüksək nəticələrin əldə olunmasından ibarətdir.

Paytaxtın 12 inzibati rayonu üzrə keçirilən seminarlarda təlim prosesini əks etdirən dərslər nümayiş olunur, müəllimlərə kurikulum əsasında keyfiyyətli dərsin təşkilinə dair müvafiq tövsiyələr verilir.

Seminarlarda, həmçinin müəllimlər diaqnostik və formativ qiymətləndirmənin təşkili, onların nəticələrinin təhlili ilə bağlı məlumatlandırılır. Bildirilir ki, bu proses şagirdlərin həvəsləndirilməsi, tədris prosesində ünsiyyət mədəniyyətinin yüksəldilməsi, jest və mimikanın şagird fəaliyyətinə müsbət təsiri baxımından mühüm rol oynayır.

Seminarlarda qeyd edilən məsələlərlə bağlı müəllimlərlə fikir mübadiləsi aparılır, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilir.

İlin gənc müəllimi-Müraciət formu