Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-27 15:26:00
Yalnız bir kollecdə plan yerləri 100% dolub

2018-ci ildə ümumi orta təhsil bazasında 43 orta ixtisas təhsili müəssisəsinə qəbul aparılıb və yalnız Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kollecində plan yerləri 100% dolub.

AzEdu.az xəbər verir ki, bu barədə “Abituriyent”jurnalının 12-ci sayında bildirilib.

24 orta ixtisas təhsili müəssisəsində boş qalan plan yerləri 10 faizədəkdir, qalan 18 orta ixtisas təhsili müəssisəsində isə 10%-dən yuxarıdır. Bunların əksəriyyəti bölgələrdə yerləşən və özəl orta ixtisas təhsili müəssisələridir.

Orta ixtisas təhsili müəssisələri arasında qəbul planının ən az dolma göstəricisi Bakı Xoreoqrafiya Akademiyasının orta ixtisas təhsili pilləsindədir.