Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-21 09:45:00
Xaricdə təhsil almaq istəyənlər üçün əla şans-Sərfəli təqaüd proqramları

Xaricdə təhsil almaq  bir çox gəncin arzusudur. Əgər əvvəllər tələbələr dövlət xətti ilə xaricə təhsil almağa gedə bilirdilərsə, indi öz hesabına və ya təqaüd proqramları vasitəsilə xarici ölkələrə üz tutanları müşahidə edirik.

AzEdu.az bu dəfəki yazısında xaricdə tam təqaüdlə təhsil ala biləcəyiniz proqramları təqdim edir:

“Visegrad” təqaüd proqramı

“Visegrad” təqaüd proqramı dörd ölkəni əhatə edir.  Təqaüd proqramı qrupuna daxil olan ölkələr isə Polşa, Çexiya, Slovakiya, Macarıstandır. Visegrad təqaüd proqramına müraciət edərək həm təhsil, həm də yaşayış xərclərindən azad olmaq imkanı əldə etmək olar.

“Amsterdam Excellence” təqaüd proqramı

“Amsterdam Excellence” proqramı ilə Hollandiyada tam təqaüdlə təhsil almaq mümkündür. Təqaüd proqramı ilə bağlı ətraflı məlumat üçün qeyd edilən linkə daxil olaraq tanış ola bilərsiniz: http://www.uva.nl/…/a…/amsterdam-excellence-scholarship.html

“Korean Government Scholarships” təqaüd proqramı

Koreyada tam təqaüdlə təhsil almaq istəyənlər “Korean Government Scholarships” proqramı oxuya bilərlər. Təqaüd proqramı ilə bağlı ətraflı məlumat üçün qeyd edilən linkə daxil olaraq tanış ola bilərsiniz:

http://www.studyinkorea.go.kr/en/sub/gks/allnew_invite.do

“ESED Scholarships for Sustainable Energy Development Studies” proqramı

Xaricdə tam təqaüdlə təhsil almaq istəyənlər üçün “ESED Scholarships for Sustainable Energy Development Studies” proqramı çox əlverişlidir. Təqaüd proqramı ilə bağlı ətraflı məlumat üçün  qeyd edilən linkə daxil olaraq tanış ola bilərsiniz: https://www.globalelectricity.org/scholarship/

“University of Geneva Excellence Masters Fellowships” proqramı

İsveçrənin Cenevrə Universitetində magistr dərəcəsində tam təqaüdlə təhsil almaq istəyənlər “University of Geneva Excellence Masters Fellowships” proqramı yararlana bilərlər. Təqaüd proqramı ilə bağlı ətraflı məlumat üçün qeyd edilən linkə daxil olaraq tanış ola bilərsiniz: http://www.unige.ch/…/M…/ExcellenceMasterFellowships_en.html

“Erasmus Mundus Joint Master Degree” proqramı 

Xaricdə tam təqaüdlə təhsil almaq istəyənlər “Erasmus Mundus Joint Master Degree” proqramından yararlana bilərlər Bu proqrama müraciət etmək üçün heç bir yaş həddi yoxdur. Onu da qeyd edək ki, Erasmus  tələbə mübadiləsi proqramıdır.Yəni partnyor universitetlər öz tələbələrini digər ölkələrə təhsil almaq üçün göndərir. Proqramla bağlı ətraflı məlumat üçün qeyd edilən linkə daxil olaraq tanış ola bilərsiniz: https://eacea.ec.europa.eu/…/libr…/scholarships-catalogue_en

 

 

Günel Yaşarqızı
Müəllifin digər yazıları