Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-29 17:55:26
Xaricdəki tələbələrimizin diliylə Avroliqanın Bakı finalının doğurduğu rezonans –“Hamı səbirsizdir”  

Bu gecə Bakı Olimpiya stadionunda Avropa Liqasının finalında iki London təmsilçisi - “Arsenal”la “Çelsi”  qarşılaşacaq.

Bu, həm də bütün dünyanın gözünün  paytaxtımızda olması deməkdir.

Maraqlıdır, görən, Avropanın ayrı-ayrı yerlərində bu gecə Bakıda keçiriləcək futbol bayramına reaksiyalar necədir? 

AzEdu.az-ın əməkdaşı bununla bağlı  xaricdə təhsil alan bir neçə tələbə soydaşımızın  fikrini öyrənib. Görək, onların yaşadıqları ölkələrdə Bakıdakı futbol finalı nə dərəcədə müzakirə olunur?

İngiltərənin “CityUniversity of London Universitetinin  tələbəsi Sabir Məmmədov bildirir  ki,  bu final oyunun ölkəmizdə keçirilməsinin əhəmiyyəti böyükdür:

“UEFA Avropa liqasının final qarşılaşmasınınAzərbaycanda keçirilməsi ölkəmizi dünyaya tanıtmaq baxımından möhtəşəm addımdır. Peşəkar ulduz futbolçuların şəxsi sosial hesablarındakıpaylaşımlarına baxdıqda da bunu görmək olar.

İngiltərədə Avropa Liqasının finalının ölkəmizdə keçirilməsi mətbuatda və cəmiyyətdə  tez-tez vurğulanır. İngilislər bu barədə çox müsbət düşüncədədirlər. Onu da bildirim ki, pozitiv danışanlarla yanaşı neqativ fikir söyləyən vətəndaşlara da rast gəlmək mümkündür. Buradakı vətəndaşlar arasında neqativ düşüncələr əsasən Avropa Liqasının biletlərinin fanat kütləsinə az miqdarda satılması, Bakının biraz uzaqda olmasıdır.  Həmçinin, ingiltərəlilər təyyarə biletlərinin baha olmasındanda şikayətlənirlər. İngiltərə vətəndaşları Azərbaycanı sürətlə inkişaf edən ölkə kimi tanıyırlar”.

İtaliyanın Milan Dövlət Universitetinin tələbəsi Toğrul Qurbanovun sözlərinə görə, təhsil aldığı ölkənin vətəndaşları UEFA Avropa Liqasına maraq göstərmirlər:

“UEFA  Avropa Liqasının final oyunun Bakıda keçiriləcəyi İtaliyada müzakirə olunmur.  Çünki, İtaliyada iş  və dərs qrafiki çox  gərgindir. Elə buna görə də italyanlar UEFA Avropa Liqasına  diqqət ayırmağa da vaxt sərf etmirlər.

Hollandiyanın Tilburq Universitetində təhsil alan Səbuhi Osmanov vurğulayıb ki, Bakıda keçiriləcək UEFA  Avropa Liqasının finalını  ölkə vətəndaşları böyük səbrsizlikləgözləyirlər:

“Hollandiya istər milli komanda, istərsə də  klub cəhətdən futbol ölkəsi hesab olunur.  Nəzərə alsaq ki, Hollandiyanın "Ajaks" komandası Çempionlar Liqasının final mərhələsinə çıxmağa çox yaxınidi.  Həmçinin, çoxsaylı vətəndaşların diqqəti məhz həmin turnirə yönəlmişdi. Amma bununla belə, futbolu izləyənlər Avropa Liqasının final oyununda  "Çelsi" və "Arsenal" arasında keçiriləcək matçı maraqla gözləyirlər. Təsadüfi deyil ki, daha öncə Azərbaycan haqqında az məlumatlı olan hollandlar bəlkə azacıq da olsa, böyük futbol turnirinin paytaxtımızda keçirilməsini artıq bilirlər. Məhz  bu da ölkəmiz adına müsbət addımdır”.

Almaniyanın Ausqburq Universitetinin tələbəsi Nadir Nadirov isə bildirib ki, təhsil aldığı ölkədə UEFA Avropa Liqasının  finalına maraq hiss olunmur:

“ Almanlar UEFA Avropa Liqasının  Bakıda keçiriləcəyindənçox da məlumatlı deyillər. Çünki almanlar yarımfinalda uduzduqları üçün UEFA Avropa Liqasına maraq göstərmirlər”.

Çinin Fudan Universitetində təhsil alan Rüstəm Ağayevin sözlərinə görə, çinlilər UEFA Avropa Liqasına maraq göstərmirlər:

“UEFA Avropa Liqasının final oyununun Bakıda keçiriləcəyi Çində heç hiss olunmur. Həmçinin, Çində UEFA Avropa Liqası haqqında danışanları da görməmişəm”.

İtaliyanın LaSapienza Universitetinin tələbəsi Abdulla Həsənli bildirib ki, UEFA Avropa Liqasının final oyununu ölkə vətəndaşları səbirsizliklə gözləyirlər:

“İtalyanlar UEFA Avropa Liqasının final oyunun Bakıda keçirilməsini hətta sosial şəbəkə hesablarında paylaşırlar. Düşünürəm ki, bu kimi oyun yarışları ölkəmizin tanıdılması baxımından da çox əhəmiyyətlidir”

Danimarkanın Roskilde Universitetinin tələbəsi İsgəndər Cəfərzadənin sözlərinə görə, ölkə vətəndaşları UEFA Avropa Liqasının final oyununa müəyyən səviyyədə maraq göstərirlər:

“Danimarkada futbol son illərdə inkişaf etdiyi üçün Avropa çempionatlarına da həvəs yaranmağa başlayıb. Çempionlar Liqası ilə yanaşı  Avropa Liqasını da izləyənlərin  sayı  az deyil. Məhz buna görə də UEFA Avropa Liqasının final oyunun Bakıda keçirilməsindən danimarklıların xəbərləri var. Danimarkalılar müəyyən qədər ölkəmiz və Bakı haqqında maraqlanmağa başlayıblar. Həmçinin, bir çox Danimarka vətəndaşı UEFA Avropa Liqasını canlı olaraq izləyəcəklər”.

Günel Yaşarqızı
Müəllifin digər yazıları