Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-14 09:51:00
“Bu ölkələrdə təhsil durğunluq dövrünü yaşayır, diqqətli olun” – Xaricdə təhsil tövsiyəsi  

“Türkiyə və Ukraynada  təhsil  hazırda durğunluq dövrünü  yaşayır”

 Bu sözləri AzEdu.az-a xaricdə təhsil üzrə ekspert Fuad Hacıyev  deyib. O, ötən illərlə müqayisədə tədris səviyyəsinin aşağı olan ölkələri də vurğulayıb:

“Ukrayna tam olaraq təhsilin prioritet səviyyəsindən çıxıb.  Onu da bildirim ki, bu ildən etibarən çox az sayda Ukrayna universitetində rus dilində tədris olacaq. Məhz bu da gənclərin Ukraynada təhsil almasına marağı azaldacaq.

Türkiyə və Ukrayna kimi ölkələrdə  tədris səviyyəsindəki durğunluğun başlıca səbəblərindən biri də maddi faktordur. Həmçinin, bu kimi işlərdə insanları aldadan xaricdə təhsil şirkətlərinində “əməyi” az deyil. Əlavə olaraq bildirim ki, insanlar artıq xaricdə təhsil şirkətlərinə çox da  güvənmirlər.

Yəni əvvəlki illərlə  müqayisədə insanların xaricdə təhsil şirkətlərinə güvəni azalıb.

Onu da bildirim ki, Polşada təhsil fəallaşma dövrünü yaşayır. Ancaq Litva və Latviyada təhsilin fəallaşma dövrü qismən azalıb.  Çünki, Litva və Latviya universitetləri yeni texnologiyalarla ayaqlaşa bilmirlər.

Türkiyədə təhsilin durğunluq dövrünün yaşamasına səbəblərindən biri də  dövlət çevirilişə cəhd hadisəsindən sonra olub. Çünki Türkiyədə dövlət çevrilişinə cəhd hadisəsindən sonrabir çox professor və müəllim heyəti həbs olundu. Həmçinin, bir çox professor və müəllim heyəti ölkədən qaçdı”.

Xaricdə təhsil üzrə ekpert Ayan Əliyeva bildirib ki, Qərb ölkələrindəki təhsil durğunluq dövrünü yaşamır:

“Hamıya məlumdur ki, Qərb ölkələrində təhsil çox yüksək səviyyədədir. Qərb ölkələrindəki təhsil durğunluq dövrünü yaşamır. Amma azsaylı azərbaycanlı tələbələr Qərb ölkələrində təhsil almağı hədəf seçirlər.

Türkiyənin dövlət və köhnə özəl universitetlərindəki tədris keyfiyyəti olduğu kimi də qalır. Türkiyədəki təhsilin problemli cəhəti odur ki, yeni açılan universitetlər tələbələri imtahansız olaraq qəbul edir. Amma bu o demək deyil ki, Türkiyə təhsil sistemi zəifləyib və ya durğunluq dövrünü yaşayır. Ümumiyyətlə, Türkiyə yeni açılan özəl universitetlər təhsilin ümumi sistemini aşağı dartır”.

Günel Yaşarqızı
Müəllifin digər yazıları