Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-02 10:50:00
Yaponiyada oxumaq istəyənlər üçün əla fürsət – Sərfəli təqaüd proqramı  

Yaponiyada 2019-2020-ci tədris ili üzrə magistratura, doktorantura və ya tədqiqat səviyyələri üzrə təqaüd proqramı elan olunub.

AzEdu.az təqaüd proqramı haqqında ətraflı məlumatları təqdim edir:

Təqaüd proqramını Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyi xarici tələbələr üçün təqdim edir. Proqram 2 il ərzində Yaponiya universitetlərində magistr və ya doktorantura dərəcələrində təhsil almaq istəyənlər üçün nəzərdə tutulub.

Təqaüd proqramına Yaponiyaya gediş və qayıdış aviabiletləri, təhsil haqqından azad olma, aylıq xərclər daxildir.

Proqramda iştirak etmək istəyənlər təhsil aldığı ixtisas və ya onunla əlaqəli sahəyə  uyğun seçim aparmalıdırlar. Onu da qeyd edək ki, təhsil almaq istədiyiniz ixtisas üzrə Yaponiyada professorun olub-olmaması olduğu üçün, öncədən araşdırma aparmağınız məsləhətlidir.

Təqaüd proqramına1985-ci il 2 aprel tarixindən sonra anadan olanlar müraciət edə bilər. Proqrama sənəd qəbulu 2019-cu il iyunun 10-dək həyata keçiriləcək. Namizədlər arasında ingilis və yapon dillərini bilənlərə üstünlük veriləcək.

Müraciət üçün mütləq şəkildə tələb olunan sənədlər:

Müraciət forması;

İlkin mərhələdə “Müraciət formasının” surəti (skan versiyası) elektron emailə göndərilə bilər.

“Müraciət formasına” şəkli (3.5 x 4.5 sm) yapışdırmağınız vacibdir. Şəklin arxasında ad, soyad və milliyətinizi yazmağı unutmayın. (Ağ fonda, son 6 ay ərzində çəkilən şəkil olmalıdır.)

Qeyd:  “Academicbackground”- “Akademik təcrübəniz” haqqında olan hissədə diqqətli olmağınız vacibdir. Həmçinin, bütün təhsilinizi ibtidai, orta təhsil və “highschool” olmaqla 3 hissəyə bölüb yazmalısınız.

Tədqiqat Planı;

 İlkin mərhələdə “Tədqiqat Planının” surəti (skan versiyası) səfirliyin elektron emailinə göndərilə bilər.

“Tədqiqat planı” mümkün qədər detallı olmalı, araşdırmanız ilə bağlı konkret planlarınızı, tədqiqat metodologiyası və s. əks etdirməlidir.

Bitirdiyiniz universitetdən qiymət vərəqəsi;

“Qiymət vərəqəsi” (“Transcript”) sənədi son bitirdiyiniz universitetin (bakalavr və ya magistratura) hər bir təhsil ilinin qiymətlərini və ortalama balını əks etdirən sənəd olmalıdır.

Təqaüd proqramına müraciət zamanı mütləq şəkildə tələb olunmayan sənədlər:

Xarici pasportun şəkil olan səhifəsinin surəti;

Yapon dili bacarıq imtahanı (JLPT)TOEFL, IELTS üzrə balları təsdiq edən sənədin surəti;

İmtahan mərhələsindən uğurla  keçmiş şəxslərin təqdim etməli olduğu sənədlər:

Gənclərin təhsil almaq istədiyi universitetlərə dair seçim forması;

Universitetdən tövsiyə məktubu;

Bitirdiyiniz universitetin diplomu;

İş yerindən tövsiyə məktubu;

Sağlamlıq haqqında arayış;

Diplom işinin annotasiyası;

Lazım olan sənədləri Yaponiya səfirliyinə təqdim etmək lazımdır

Sənəd qəbulunun son tarixi 10 iyun saat 17:00-a qədərdir.

Qeyd: Sənəd qəbulu iki mərhələdə aparılacaq. Bu, ilkin sənəd qəbulu üçün olan son müraciət tarixidir. İkinci sənəd qəbulu isə yazılı imtahandan keçənlərə şamil olunacaqdır.

Təqaüd proqramında iştirak etmək istəyənlər yapon  və ingilis dili  üzrə imtahan verəcəklər. İmtahan tarixi  isə 15 iyundur.

Qeyd edək ki, əlavə məlumat üçün Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyi ilə əlaqə saxlaya bilərsiniz

Günel Yaşarqızı
Müəllifin digər yazıları