Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-25 17:01:00
Müsabiqə qaydalarında dəyişiklik: “Müddətsiz əsaslarla iki iş yerində çalışmaq olacaq”  

Aprelin 24-də İnsan Resursları Mərkəzi tərəfindən keçirilən respublika üzrə ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərin daimiləşməsi müsabiqəsinə yekun vurulub.

Müddətsiz əmək müqaviləsi əsasında işə qəbul olmaq istəyən 1170 müəllimin qatıldığı müsahibələr Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun inzibati binasında keçirilib.

AzEdu.az xəbər verir ki, bu il müddətli əsaslarla çalışan müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanması məqsədilə keçirilən müsabiqə qaydalarında müəyyən dəyişikliklər edilib.

Dövlət ümumi təhsil müəssisəsində müddətsiz əsaslarla çalışan, eyni zamanda İnsan Resursları Mərkəzi tərəfindən müddətli əmək müqaviləsi ilə ikinci iş yeri ilə təmin olunan müəllimlər artıq hər iki iş yerində müddətsiz əsaslarla çalışmaq imkanı əldə edə bilərlər.

Bu yeniliklə müəllimlər həmçinin, dövlət ümumi təhsil müəssisələrində müəllimlərin yerdəyişməsi, müəllimlərin işə qəbulu müsabiqələri ilə yanaşı artıq müəllimlər iş yerlərini müstəqil dəyişmək imkanı da əldə edə biləcəklər.

Qeyd edək ki, respublikanın ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə işləmək istəyən müəllimlərin müsahibəsi 24 apreldə yekunlaşıb.

22-24 aprel 2019-cu il tarixlərində keçirilən müsahibələrə 1170 müəllim qatılıb. Müsahibənin nəticələri ilə bağlı tezliklə hər bir namizədin şəxsi səhifəsinə məlumat göndəriləcək.

Müsahibələrdə 2017-2018 və 2018-2019-cu tədris illəri üçün keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsinə qatılaraq zəruri keçid balını toplayan və vakant yerlərdə mövcud qaydalar çərçivəsində müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlər iştirak edib.