XƏBƏRLƏR

15.04.2019 14:53
Müddətsiz müqavilə ilə işləmək istəyən müəllimlərə müraciət – “Şikayətlərinizi bura yaza bilərsiniz”  

Müddətli əmək müqaviləsi əsasında çalışan müəllimlərin müddətsiz əsaslarla işə qəbulu üzrə keçirilən müsabiqənin elektron ərizələrə baxılma mərhələsi artıq tamamlanıb.

Namizədlər şəxsi səhifələrinə daxil olaraq nəticə ilə bağlı məlumat əldə edə bilərlər. Elektron ərizələri qəbul edilən namizədlərin şəxsi səhifələrində müsahibəyə çağırış vaxtları qeyd olunub.

AzEdu.az xəbər verir ki, TİPİİ-nin İnsan Resursları Mərkəzi elektron ərizələrə baxılma mərhələsinin tamamlanması ilə əlaqədar, müəllimlərə müraciət ünvanlayıb: 

“Müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərin daimiləşmə müsabiqəsinin elektron ərizələrə baxılma mərhələsinin nəticələri ilə bağlı şikayətlərinizi İnsan Resursları Mərkəzinin “facebook” hesabındakı şərh bölməsinə qeyd edə bilərsiniz”.

 Qeyd edək ki, elektron ərizələrə baxılma mərhələsinin nəticələri ilə bağlı şikayət və müraciətlər araşdırılaraq namizədlərə məlumat veriləcək.

Günel Yaşarqızı Müəllifin digər yazıları