Hazırda tələbələrin bir çoxu kütləvi olaraq sosial şəbəkələrdə ardı-arası kəsilməyən şikayətlər ünvanlayır.
Şikayətləri ondan ibarətdir ki, yaz semestrının 1 aya yaxındır başlamasına baxmayaraq, tələbələrə hələ də fevral ayının təqaüdləri verilməyib.
Təbii ki, bu hal onları narahat edir və təqaüdlərini nə zaman alacaqlarını bilmək istəyirlər.
AzEdu.az sözügedən mövzunu aydınlaşdırmaq üçün bəzi universitetlərə müraciət edib:
Lənkəran Dövlət Universitetinin mətbuat katibi Esmira İsmayılova (LDU) təqaüdlərin nə zaman ödəniləcəyi barədə açıqlama verib:
“Təqaüdlərin gecikməsinin səbəbi imtahan sessiyasının nəticələri ilə bağlıdır. Bu, təkcə bizim universitetdə deyil, digərlərində də belədir. Sessiya yekunlaşıb, əmr yeni gəlib ki, kimlərə, hansı tələbələrə təqaüd düşür və nə dəyişikliklər var. Təqaüdlərin gecikməsinə səbəb hesablama prosesinin bir qədər vaxt aparmasıdır. Bu baxımdan tələbələr narahat olmasınlar. Həftənin sonuna qədər hər iki ayın yəni, fevral və mart ayının təqaüdünün verilməsi nəzərdə tutulur”.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimaiyyətlə əlaqələr və marketinq departamentinin direktoru Bəhruz Nəzərovdan adığımız məlumata əsasən, tələbələrin təqaüdləri bu həftənin sonuna qədər ödəniləcək.
Azərbaycan Dillər Universitetindən (ADU) bildirilib ki, gecikmənin səbəbi imtahan sessiyası ilə bağlıdır. Sənədləşmə və tələbələrin yekun göstəriciləri müəyyən olunduqdan sonra təqaüdlər veriləcək.
Mingəçevir Dövlət Universiteti (MDU) bildirib ki, bu həftə ərzində təqaüdlər ödənəcək.
Xatırladaq ki, ölkə Prezidentinin müvafiq sərəncamı ilə tələbələrə verilən təqaüdlərin məbləğləri məbləğləri 2023-cü il yanvarın 1-dən aşağıdakı kimi müəyyən edilib:
magistratura səviyyəsi üzrə:
bakalavriat səviyyəsi üzrə:
Ölkə başçısının müvafiq Fərmanı ilə isə ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün məbləği artırılaraq 275 manat müəyyən edilib.