Ali təhsil müəssisələrinə qəbul imtahanlarının hər iki cəhdi yekunlaşıb.
AzEdu.az mütamadi olaraq regionlar üzrə ümumi nəticəsi 680 baldan yuxarı olan abituriyentlərin siyahısını və fotolarını təqdim edir.
Bu dəfə yüksək bal toplayanların siyahısı üçün Qazax-Tovuz Regional Təhsil İdarəsinə müraciət etdik.
İdarədən bildirilib ki, Qazax şəhər Səlim Əfəndiyev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin məzunu İbrahimov Əli Ruslan oğlu (III qrup) 690 bal toplayaraq ən yüksək nəticəni əldə edib.
Ağstafa, Qazax, Gədəbəy və Şəmkir rayonları üzrə yüksək bal toplayan abituriyentlər aşağıdakılardır:
Şəmkir rayonu Yaşar Əsgərov adına Mahmudlu kənd tam orta ümumtəhsil məktəbinin məzunu Muradova Suzanna Namazovna qızı 682.8 bal;
Şəmkir rayonu Zəyəm Cırdaxan kənd tam orta ümumtəhsil məktəbinin məzunu Əhmədova Aysel Nofəl qızı 682.6 bal;
Ağstafa şəhəri Asif Abdullayev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin məzunu Tağıyeva Aysel Qamil qızı 682 bal;
Qazax şəhər Səlim Əfəndiyev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin məzunu Hacıyev Cəmaləddin Şaiq oğlu 680 bal;
Şəmkir rayonu Tatarlı kənd tam orta ümumtəhsil məktəbinin məzunu Sadıqova Firuzə Oktay qızı 680 bal;
Gədəbəy şəhər İlham Əliyev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbin məzunu Bağırzadə Ramil Şahin oğlu 680 bal.