Azedu.az

Yevlax məktəbində baş verən hadisə ilə bağlı RƏSMİ AÇIQLAMA

Xəbərlər

Elm və Təhsil Nazirliyi

5 Mart 2025, 22:24
Yevlax məktəbində baş verən hadisə ilə bağlı RƏSMİ AÇIQLAMA

Bu gün Yevlax şəhər N.Nərimanov adına 9 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi bacısı ilə əlaqə saxlamaq məqsədilə icazə alaraq sinifdən çıxıb və məktəbin üçüncü mərtəbəsindən özünü atmaq istəyib.

AzEdu.az xəbər verir ki, bu barədə Mərkəzi Aran Regional Təhsil İdarəsindən “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, təhsil müəssisəsinin əməkdaşları və şagirdin sinif yoldaşları hadisəyə vaxtında müdaxilə edib. Məktəbin psixoloqu şagirdlə söhbət aparıb. Şagirdin valideyni məktəbə dəvət edilib və onun psixoloji durumunun nəzarətdə saxlanılmasının vacibliyi diqqətə çatdırılıb. Daha sonra şagird valideyni ilə birlikdə evə yola salınıb. Hadisə ilə əlaqədar hüquq-mühafizə orqanlarına məlumat verilib.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox