Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-06-14 12:22:40
Sertifikasiyada iştirak edən müəllimlərin 88 faizi uğur qazanıb

Ümumi sertifikasiyada iştirak edən müəllimlərin 88 faizi uğur qazanıb.

 

AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

 

O bildirib ki, 2022-2023, 2023-2024-cü illərdən bu günə qədər 40 min 600 müəllim sertifikasiyadan keçib.

 

Nazir vurğulayıb ki, yüksək nəticə göstərən müəllimlərin sayı sertifikasiya qənaətbəxş nəticə göstərməyənlərdən iki dəfə çoxdur:

 

"Bütün müəllimlərin suala yanlış cavab verməsi ilə bağlı yayılan fikirlər yanlışdır.
Hamısı zəif nəticə göstərməyib. Yüksək nəticə göstərən müəllimlər əməkhaqqısına 10-35 faiz əlavə edilib. Cəmiyyətin müzakirə etdiyi müəllimlər az bir qismi əhatə edir. 90% müəllimin nəticəsi qənaətbəxşdir".