![](https://azedu.az/uploads/news/2024/06/azedu.az_azedu.az_azedu.az_azedu.az_tag_6571_262_414_148_320.jpg)
Sosial şəbəkələrdə kütləvi olaraq bəzi regionlarda məktəbəhazırlıq qruplarına dərs deyən müəllimlərin ixtisasları ilə bağlı bir sıra şikayətlər ünvanlanır. Onlar iddia edir ki, bağçalarda uşaqlara tərbiyəçi-müəllimlər deyil, kitabxanaçılar və ya psixoloqlar dərs keçir.
Bəs, görəsən Bakıda məktəbəqədər təhsil müəssisələrində bu kimi hallara rast gəlinirmi?
Mövzu ilə bağlı məktəbəqədər təhsil müəssisəsinin rəhbəri Azadə Əhmədova AzEdu.az-a danışıb.
Müəssisə rəhbəri qeyd edib ki, Bakı şəhərində kitabxanaçının tərbiyəçi vəzifəsində işləməsi hallarına rast gəlməyib: “25 ildir məktəbəqədər təhsil müəssisələrində direktor vəzifəsində işləyirəm. Hələ ki, kitabxanaçının tərbiyəçi kimi fəaliyyət göstərməsi halı ilə qarşılaşmamışam. Kitabxanaçılıq, eləcə də digər peşə sahiblərinin məktəbəqədər təhsil müəssisəsində işləməyi düzgün deyil. Məktəbəqədər təhsil ixtisası əvvəllər Bakı Məktəbəqədər Pedaqoji Texnikumunda, həmçinin, Azərbaycan Dövlət Pedaqoji Universitetində tədris olunurdu. Sonra isə məktəbəqədər təhsil ixtisası Azərbaycan Dövlət Pedaqoji Kollecində də tədris olunmağa başladı. Ümumiyyətlə qeyri-ixtisaslı kadrların işə götürülməsi o halda olurdu ki, onlar ya diplomlarını dəyişirdilər, ya da 1 illik ixtisas dəyişmə kursuna gedirdilər”.
A.Əhmədova qeyri-ixtisaslı kadrların məktəbəhazırlıq qruplarında işləməsi məsələsinə münasibətini bildirib: “Bu cür halların mövcudluğu düzgün deyil. Bu həm pedaqoji, həm də uşaqların psixologiyasını bilmək baxımından uyğunsuzluq təşkil edir. Digər ixtisasa yiyələnən şəxslər uşaq psixologiyası, nitq inkişafı, eləcə də pedaqogikasından xəbərdar olmur. Məhz bu fənlər məktəbəqədər təhsil ixtisasında tədris olunur”.
kitabı
![MİQ-dən yüksək nəticə: O, 92 bal TOPLADI MİQ-dən yüksək nəticə: O, 92 bal TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_WhatsApp_Image_2024-07-02_at_11.56.56_573.jpeg)
![Daha bir kollec məzunu MİQ-dən yüksək bal topladı – “Paytaxtda işləməyi düşünmürəm” Daha bir kollec məzunu MİQ-dən yüksək bal topladı – “Paytaxtda işləməyi düşünmürəm”](https://azedu.az/uploads/news/2024/07/azedu.az_WhatsApp_Image_2024-07-03_at_14.31.21_792.jpeg)
![Daha 6 müəllim MİQ-dən yüksək bal TOPLADI Daha 6 müəllim MİQ-dən yüksək bal TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1689220481_64af68dc5eda864af68dc5eda9168921724464af68dc5eda364af68dc5eda5_283.jpg)
![MİQ-dən ən yüksək bal toplayan NAMİZƏDLƏR MİQ-dən ən yüksək bal toplayan NAMİZƏDLƏR](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1654501759_miq_324.jpg)
![Onlar MİQ-dən ən yüksək bal TOPLADI Onlar MİQ-dən ən yüksək bal TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1719323079_1693640778_teacher_exam_060922_1_534.jpg)
![Bu gün müəllimlər 4 fəndən MİQ imtahanları VERİRLƏR Bu gün müəllimlər 4 fəndən MİQ imtahanları VERİRLƏR](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_36.jpg)
![Sertifikasiyada 58 bal toplayan müəllim: Sertifikasiyada 58 bal toplayan müəllim:](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1719834882_whatsapp-image-2024-07-01-at-15.42.47_dc371a17_857.jpg)
![“İlin Gənc Müəllimi-2023” müsabiqəsinin qalibləri - SİYAHI “İlin Gənc Müəllimi-2023” müsabiqəsinin qalibləri - SİYAHI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_WhatsApp_Image_2024-07-01_at_12.13.16_241.jpeg)