Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-06-13 15:25:07
Biz müəllimləri qınayıb, pisləyib, təndiq edə bilmərik - PSİXOLOQ

Müəllimlərin təkrar sertifikatlaşdırılması imtahanından 4 minə yaxın müəllim qeyri-məqbul bal topladı. Müşahidələrimiz onu göstərir ki, cəmiyyətdə həmin müəllimlə qarşı psixoloji təzyiq var. Hər kəs onları qınayır, pisləyir, tənqid edir.

 

Bəs, görəsən, bu təzyiqi necə aradan qaldıra, müəllimlərin psixoloji vəziyyətini düzəldə bilərik?

 

Mövzu ilə əlaqədar Azərbaycan Psixologiya Akademiyasının (APAK) psixoloqu Ləman Telmanqızı AzEdu.az-a açıqlama verib.

 

Psixoloq bildirib ki, sertifikasiyadan kəsilən müəllimləri pisləyib, tənqid edə bilmərik:

 

“Stress hər kəs üçün var və bu qaçılmazdır, əsasda “imtahan” sözünü eşitdikdə bu bir qədər sürətlə artmaqa başlayır. Müəllimlik sahəsi çox vacib və müqqədəs bir sahədir, çünki düzgün istiqamətdə uşaqlara dərs keçib, tərbiyə verib, inkişaf etdirməklə ölkəmizin və xalqımızın gələcəyinə faydalı gənclər yetişdirə bilərik. Hər il olduğu kimi bu ildə müəllimlərin sertifikatlaşdırma imtahanı keçirildi, stressdən bir sıra müəllimlər imtahandan kəsildilər və çox depressiyaya düşdülər. Təbii ki, bu son deyil və yenidən uğur əldə etmək mümkündür. Biz müəllimləri qınayıb, pisləyib təndiq edə bilmərik bu düzgün deyil, hər kəs stress ilə qarşılaşır və stressdən həyəcandan kəsilmək şansı mümkündür. Hər hansı bir peşənin sahibi olmamışdan öncə biz insanıq və bizimdə öz hisslərimiz və bəzi çərçivərimiz var. İnsanı qınayıb, pisləyib və tənqid etməmişdən öncə dəstək olmalıyıq. Ona yenidən güc və motivasiya verərək yenidən məqsədinə nail olmaq üçün dəstək olmalıyıq.

 

“Müəllimlərin bir çoxu psixoloqlardan məsləhət alsalar bu onlar üçün daha yaxşı olar”, - deyə Ləman xanım vurğulayıb. O, müəllimlərə bir sıra məsləhətlər verərək fikrinə davam edib:

 

“Özünüzə və vəziyyətinizə diqqət yetirin. Fiziki vəziyyətinizə, sağlamlığınıza nəzarət edin, gündəlik rejimə əməl edin, istirahəti təşviq edən fəaliyyətlərlə məşğul olmağa başlayın, xırda problemlər üzərində dayanmayın, çətinliklər və ya hələ baş verməmiş mümkün dəyişikliklər barədə narahat olmayın, peşənizin əhəmiyyətini dərk edin, digər müəllimlərin həyatları ilə tanış olun. Şəxsi inkişafınıza diqqət edin, ünsiyyət bacarıqlarınızı inkişaf etdirin, hadisələrə yaradıcı yanaşın, öz pedaqoji texnologiyalarınızın və ənənələrinizin formalaşması uğrunda çalışın”.