Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-06-12 13:50:31
Qarabağ Universitetinə tələbə qəbulu barədə maarifləndirici görüşlər keçirilib

Qarabağ Universitetinə tələbə qəbulu barədə maarifləndirici görüşlər keçirilib.

 

Bu barədə AzEdu.az-a Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib. 

 

Bildirilib ki, idarənin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan XI sinif şagirdlərinin iştirakı ilə Qarabağ Universitetinə tələbə qəbulu barədə maarifləndirici görüşlər təşkil olunub.

 

Görüşlərdə Qarabağ Universitetinin fəaliyyət istiqamətləri, təklif edilən ixtisaslar, universitetdə görülən işlər, hədəflər və gələcək planlar haqqında ətraflı məlumat verilib.
 
Görüş zamanı universitetin təhsilalanları və akademik heyəti üçün müasir və fərqli mühitin yaradılması, universitet kampusunda göstərilən xidmətlər, elmi-tədqiqat əsasında yaradıcı layihələrin dəstəklənməsi kimi mövzular geniş müzakirə olunub.
 
Qeyd edək ki, Qarabağ Universiteti 2024–2025-ci tədris ilindən fəaliyyətə başlayacaq. İlk mərhələdə universitetdə təxminən 1000 tələbənin təhsil alması planlaşdırılır.