![](https://azedu.az/uploads/news/2024/06/azedu.az_Screenshot_2024-06-21_093702_879.png)
Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova sertifikatlaşdırma prosesindən öncə təhsilverənlərlə görüşüb, onlara tövsiyələrini verib və uğurlar arzulayıb.
AzEdu.az xəbər verir ki, iyunun 21-də dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinə BŞTİ-nin tabeliyindəki məktəblər üzrə 2 379 riyaziyyat müəllimi dəvət edilib.
Qeyd edək ki, test imtahanı mərhələsində 120 dəqiqə müddətində təhsilverənlərin tədris etdiyi fənn üzrə ümumi təhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Bu mərhələnin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra namizəd topladığı balı kompüterin ekranında görür.
Test imtahanında mümkün 60 baldan minimum 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsində iştirak hüququ qazanacaq.
kitabı
![MİQ-dən yüksək nəticə: O, 92 bal TOPLADI MİQ-dən yüksək nəticə: O, 92 bal TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_WhatsApp_Image_2024-07-02_at_11.56.56_573.jpeg)
![Daha bir kollec məzunu MİQ-dən yüksək bal topladı – “Paytaxtda işləməyi düşünmürəm” Daha bir kollec məzunu MİQ-dən yüksək bal topladı – “Paytaxtda işləməyi düşünmürəm”](https://azedu.az/uploads/news/2024/07/azedu.az_WhatsApp_Image_2024-07-03_at_14.31.21_792.jpeg)
![Daha 6 müəllim MİQ-dən yüksək bal TOPLADI Daha 6 müəllim MİQ-dən yüksək bal TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1689220481_64af68dc5eda864af68dc5eda9168921724464af68dc5eda364af68dc5eda5_283.jpg)
![MİQ-dən ən yüksək bal toplayan NAMİZƏDLƏR MİQ-dən ən yüksək bal toplayan NAMİZƏDLƏR](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1654501759_miq_324.jpg)
![Onlar MİQ-dən ən yüksək bal TOPLADI Onlar MİQ-dən ən yüksək bal TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1719323079_1693640778_teacher_exam_060922_1_534.jpg)
![Bu gün müəllimlər 4 fəndən MİQ imtahanları VERİRLƏR Bu gün müəllimlər 4 fəndən MİQ imtahanları VERİRLƏR](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_36.jpg)
![Sertifikasiyada 58 bal toplayan müəllim: Sertifikasiyada 58 bal toplayan müəllim:](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1719834882_whatsapp-image-2024-07-01-at-15.42.47_dc371a17_857.jpg)
![“İlin Gənc Müəllimi-2023” müsabiqəsinin qalibləri - SİYAHI “İlin Gənc Müəllimi-2023” müsabiqəsinin qalibləri - SİYAHI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_WhatsApp_Image_2024-07-01_at_12.13.16_241.jpeg)