Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-10 16:03:23
Heydər Əliyev hər zaman müəllimlər haqqında xoş fikirlər səsləndirirdi

“Ulu öndər Heydər Əliyevin təhsilin inkişafında eləcə elm sahəsində gördüyü işlər böyük əhəmiyyət kəsb edir”.

 

Bu sözləri AzEdu.az-a danışan sabiq deputat, təhsil üzrə ekspert Sona Əliyeva qeyd edib.

 

S.Əliyeva Heydər Əliyevin elmin, təhsilin, ədəbiyyatın və incəsənətin inkişafına hər zaman mənəvi və siyasi dəstəyini əsirgəmədiyini vurğulayıb:

 

“Məhz onun dövründə Azərbaycanda təhsil islahatları start götürülüb. İlkin olaraq Ulu öndər bütün məktəblərdə İKT sahəsinin inkişafına böyük yer ayrıb.

 

Ümummilli lider Azərbaycanın müstəqiliyi və daxili stabilliyi üçün təhsil sistemini dərinləşdirməyə və modernləşdirməyə diqqət ayırıb və həmişə təhsili ölkənin inkişafında aparıcı mövqe kimi görüb.

 

Bu baxımdan da onun dövründə təhsil sahəsi çox ciddi nailiyyətlər əldə etmişdir. Həmçinin mövcud universitetlərin inkişafına, tələbələrin beynəlxalq təcrübə mübadilə proqramlarına dəstək verib. Azərbaycanda bir çox tələbə məhz onun həm 1-ci hakimiyyəti, həm də 2-ci hakimiyyət dövründə davamlı olaraq xarici ölkələrdə təhsil alıb və vətənə dönüb.

 

Heydər Əliyevin təhsil islahatları və yeni təhsil proqramları, ümumiyyətlə elmi-institutların yaradılması ilə bağlı ciddi göstərişləri olub. Kiril əlifbasının latın əlifbasına keçid etməsi, Azərbaycan dilinin əsasları və Azərbayacan dili ilə bağlı bir çox qanunlar məhz onun təhsil sahəsinə göstərdiyi qayğı və diqqətin göstəricisidir. Məktəblərin maddi-texniki bazasının yaxşılaşdırlmasında, həmçinin məktəblərin kompüter texnologiyalarının zənginləşməsində çox böyük rolu olub.

 

Heydər Əliyev hər zaman çıxışlarında müəllimlər haqqında xoş fikirlər səsləndirirdi. Müəllimlərin davamlı olaraq fəxri adlarla təmin olunması ilə bağlı sərəncamlar imzalamışdı ki,bu da öz növbəsində müəllimə verilən əməyin təzahürüdür”.