Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-06 16:20:00
Psixoloq: “Valideyn övladının ixtisas seçiminə qarışmamalıdır”

“Bəzi valideynlər özünün ola bilmədiyi şəxsiyyəti övladında yaratmaq istəyirlər”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında psixoloq Gülnar Orucova deyib.

 

Gülnar Orucova bildirib ki, valideyn övladının ixtisas seçiminə qarışmamalıdır:

 

“Uşaq özünü hansı peşədə görmək istəyirisə, bu onda aşağı yaşlarından beynində formalaşmağa başlayır. Artıq 7-8-ci sinifdə oxuyan şagird hansı sahəyə yönələcəyinin qərarını verir. Müşahidələrimiz onu göstərir ki, bir çox valideyn övladlarının sırf həkim və ya müəllim kimi sahələr üzrə ali təhsilli olmasını istəyir. Elə düşünürlər ki, yalnız bu sahələrdə normal gəlir qazanmaq olar. Amma onlar bilmirlər ki, ali təhsilli olmaq heç də savadlı mütəxəssis, gözəl iş sahibi olmaq demək deyil”.

 

Psixoloq qeyd edib ki, hazırda kosmetoloq, vizajistlər, permanent ustalarının (qaş ustaları) qazancı normalda müəllimin qazancıdan qat-qat üstündür:

 

“Yaxşı olar ki, özünü bu sahələrdə sınayıb, yaxşı gəlir əldə etmək istəyən gənclər üçün universitet və ya kolleclərdə müəyyən ixtisaslar açılsın. Lakin bu təklifi irəli sürsək valideynlərin əksəriyyəti övladlarını bu sahələrə yönəlməsinin qarşısını almağa çalışacaq. Gəl gör ki, universitet bitirib iş tapa bilməyən gənclərimizin çoxu elə bu sahələr üzrə fəaliyyət göstərib, yaxşı gəlir qazanırlar”,- deyə psixoloq bildirib.