Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-06 16:10:49
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində müsabiqə keçiriləcək

Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində gənclərin elmi müsabiqəsi keçiriləcək.

 

Bu barədə AzEdu.az-a institutun icraçı direktoru kimya elmləri doktoru, professor Əfsun Sucayev məlumat verib. O bildirib ki, hər il institutda çalışan gənc alimlərin, mütəxəssislərin elmi tədqiqat aparmağa daha da həvəslənməsi üçün ənənəvi “Ən yaxşı elmi məruzə” müsabiqəsi keçirilir: “Builki müsabiqə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilib.

 

Müsabiqədə gənclərimizin ətraf mühitin ekoloji sağlamlaşdırılması və problemlərinin həllini əhatə edən, konkret olaraq neftlə çirklənmiş ərazilərin təmizlənməsi, kənara atılan yağların regenerasiyası, turş qudronun emalı və sair istiqamətdə apardıqları tədqiqatların nəticələri ilə bağlı məruzələri dinləniləcək. Seçilən alimləri diplom və pulla mükafatlandıracağıq”.

 

Əfsun Sucayev qeyd edib ki, eyni zamanda, iyun ayında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində institutun müştərək beynəlxalq tədqiqatlar apardığı Türkiyə universitetləri ilə birlikdə gənc alim və mütəxəssislərin “Yaşıl kimya” fundamental və tətbiqyönlü kimya elminin vacib bir istiqaməti” mövzusunda beynəlxalq onlayn elmi seminarın keçirilməsi planlaşdırılır