Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-01 16:47:10
Bu ilin ilk rübündə 35 uşaq övladlığa götürülüb

Bu ilin ilk rübündə 35 uşağ övladlığa götürülüb.

 

AzEdu.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında bildirilib.

 

Qeyd olunub ki, ötən il 141, bu ilin ilk rübündə 35 uşaq övladlığa götürülüb, reinteqrasiya tədbirləri nəticəsində ötən il 177, bu ilin 3 ayında 39 uşaq sosial xidmət müəssisələrindən öz bioloji ailələrinə qaytarılıb.

 

Habelə sosial dəstək mexanizmlərindən istifadə olunmaqla və maarifləndirmə tədbirləri ilə bu ilin yanvar-mart aylarında 62 uşağın ailələrindən dövlət uşaq müəssisələrinə verilməsinin qarşısı alınıb.