Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-06 14:20:22
BDU Elmi Kitabxanasının əməkdaşı vəfat edib

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasının Kitabxana-informasiya resurslarının idarə edilməsi və xidmətin təşkili şöbəsinin İnformasiya xidmətləri sektorunun böyük kitabxanaçısı Pikəxanım Xudaverdiyeva vəfat edib.

 

AzEdu.az xəbər verir ki, bu barədə BDU-nun Mətbuat xidməti bildirib.


Pikəxanım Xudaverdiyeva 1943-cü ildə anadan olub. 1986-1992-ci illərdə BDU-nun Kitabxanaçılıq və informasiya fakültəsində təhsil alıb. 1977-ci ildən BDU Elmi Kitabxanasında kitabxanaçı, 1996-cı ildən böyük kitabxanaçı vəzifəsində çalışıb.

 

Allah rəhmət eləsin.