Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-06 11:47:01
Azərbaycan təhsil sisteminin rəqəmsallaşma imkanları müzakirə olunub

Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Təhsil İnstitutu, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi və SABAH.HUB İnnovasiya Mərkəzinin nümayəndələrinin iştirakı ilə seminar keçirilib.

 

Nazirlikdən AzEdu.az-a bildirilib ki, seminar təhsil texnologiyaları üzrə regional və qlobal trendlərin müzakirəsi, onların əsasında Azərbaycan təhsil sisteminin rəqəmsallaşma fürsətlərinin müəyyən edilməsi məqsədilə təşkil olunub.

 

Seminarda əvvəlcə SABAH.HUB İnnovasiya Mərkəzinin icraedici direktoru Rəhim Bayramlı açılış nitqi ilə çıxış edib. Ardınca mərkəzin startapların inkişafı üzrə direktoru Orxan Abbasov “Regionda innovativ təhsil üzrə startaplar”, Strategiya və layihələrin idarə olunması şöbəsinin rəhbəri Nihat Məcidov “Müasir təhsil innovasiyaları” mövzularında təqdimat ediblər.

 

Tədbirdə, həmçinin ölkəmizin təhsil sisteminin mühüm çağırışları müzakirə olunub, SABAH.HUB və təhsil qurumlarının resursları əsasında bu çağırışlara cavab verə biləcək metod və texnologiyalar təklif olunub.