Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-08 15:19:24
Beynəlxalq yarışlarda mükafat qazanan stolüstü tennisçilər mükafatlandırılıblar

Azərbaycan Stolüstü Tennis Federasiyasında (ASTF) beynəlxalq yarışlarda mükafat qazanan idmançılarla görüş keçirilib.

 

 

Bu barədə AzEdu.az-a federasiyadan məlumat verilib.

 

Federasiyanın vitse-prezidenti Elmar İslam, baş katibi Könül Mikayılova və məşqçilər heyətinin qatıldığı tədbirdə əvvəlcə qızlardan ibarət seçmə komandanın üzvlərinə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə hədiyyələr təqdim olunub.

 

Ardınca son beynəlxalq yarışlarda etimadı doğruldan idmançılar və milli komandanın məşqçiləri mükafatlandırılıblar.

 

Onlara qarşıdakı yarışlarda da uğurlar arzulanıb.

 

Xatırladaq ki, seçmə komandanın üzvləri fevral ayında iştirak etdikləri nüfuzlu turnirlərdə 3 medal qazanıblar. Onur Quluzadə Əlcəzairdə keçirilən dünya seriyalı “WTT Youth Contender” yarışında qızıl, Xorvatiyanın Osiyek şəhərində təşkil olunan “Avropa Gənclər Seriyası” turnirində bürünc medala layiq görülüb. Yağmur Məmmədli isə Əlcəzairdəki yarışda fəxri kürsünün ikinci pilləsinə qalxıb.