Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-29 15:44:45
Müəllimlərin maaşlarının artırılması ilə bağlı 500 milyon ayrılıb

"Müəllimlərin əmək haqlarına əlavələr üçün büdcədə ümumilikdə 500 milyon manat vəsatin ayrılması nəzərdə tutulub".

 

AzEdu.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev mediaya açıqlaması zamanı deyib.

 

“2024-cü ildə əlavə olaraq 25-30 min təhsilverən üçün sertifikatlaşdırılma prosesi keçiriləcək”.

 

Nazir qeyd edib ki, prosesə riyaziyyat, Azərbaycan dili (rus bölməsi) və xarici dil fənlərini tədris edən müəllimlər cəlb ediləcək.

 

Emin Əmrullayev əlavə edib ki, bu günədək ölkə üzrə 140 min təhsilverənin 40 min nəfəri sertifikatlaşdırılma prosesinə cəlb olunub. Sertifikatlaşdırılma nəticələrinə əsasən, 24 min təhsilverənin əməkhaqqısına 10 faiz, 8 min təhsilverənin əməkhaqqısına isə 35 faiz əlavə edilib.

 

2026-ci ilə qədər sertifikatlaşdırılma çərçivəsində müəllimlərin əmək haqlarına əlavələr üçün büdcədə ümumilikdə 500 milyon manat vəsatin ayrılması nəzərdə tutulub.