Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-29 17:18:38
Peşə Təhsili üzrə Dövlət Agentliyi vətəndaş müraciətinin statistikasını açıqlayıb

Peşə Təhsili üzrə Dövlət Agentliyi 2023-cü il üzrə vətəndaş müraciətlərinin statistikasını açıqlayıb.

 

Agentlikdən AzEdu.az-a bildirilib ki, ötən il ümumilikdə 22 mindən çox vətəndaş müraciəti cavablandırılıb.

 

Müraciətlərin 6 min 937-si sosial şəbəkələr, 10 min 902-si Çağrı Mərkəzi üzərindən gəlib. Habelə Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi üzərindən 3 min 758, sayt üzərindən 192 müraciət daxil olub. 224 vətəndaş isə qəbulda iştirak edib.