Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-05 09:49:00
Kollecdəki yanğın söndürülüb

Zaqatala şəhəri, N. Gəncəvi küçəsində, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecində

baş verən yanğın söndürülüb.

 

 

AzEdu.az xəbər verir ki, bu barədə Fövqəladə hallar Nazirliyi məlumat yayıb.

 


Məlumata görə, kollecin ərazisində ümumi sahəsi 500 m² olan birmərtəbəli binanın (250 m² sahədə idman zalı və 250 m² sahədə mətbəx) dam örtüyünün yanar konstruksiyaları 450 m² sahədə, idman zalının yanar konstruksiyaları 100 m² sahədə və içərisində olan avadanlıqlar qismən yanıb.

 

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Qeyd edək ki, yanğın 4 avqust saat 22:47-də  başlayıb.

 

 

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin üç yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.

 

 

Yanğın gecə saat 00:16-da tam söndürülüb.