Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-24 14:29:09
Peşə məktəbləri akkreditasiyaya cəlb olunacaq

Hazırda Avropa İttifaqının maliyyə dəstəyi ilə peşə təhsili sistemində iki layihə icra olunur. Onlardan biri benefisiar peşə təhsili üzrədir.

 

AzEdu.az APA-ya istinadən xəbər verir ki, bunu Peşə təhsili üzrə Dövlət Agentliyinin direktor vəzifəsini icra edən, direktor müavini Ceyhun Kərəmov bildirib. Onun sözlərinə görə, bu layihə çərçivəsində Peşə Təsili üzrə Dövlət Agentliyinin və tabeliyimizdə olan müəssisələrin daxili keyfiyyət təminat sisteminin qurulması istiqamətində iş aparılır:

 

“Eynilə də Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə peşə təhsili müəssisələrinin xarici akkreditasiyası istiqamətində bir layihə icra olunur. Layihələrdə məqsəd ondan ibarətdir ki, xarici keyfiyyət təminatı olmamış müəssisə özünü qiymətləndirsin və nə qədər uyğun olub-olmadığını özü müəyyənləşdirsin. Sonrakı mərhələdə isə xarici keyfiyyət təminatı üzrə akkreditasiya prosesi aparılacaq. Peşə təhsili müəssisələrinin və yaxud da hansısa bir proqramın akkreditasiyası indiyə qədər olmayıb. İlk dəfə olaraq bu il bir müəssisənin akkreditasiyaya cəlb olunması planlaşdırılır”.