Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-24 14:15:05
Peşə məktəbi tələbələrinin sığortalanması aparılmır - Agentliyin direktoru

Qanunvericilikdə təsbit olunub ki, istehsalat təcrübələri və təlim dövründə şagird və tələbələr bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətlərinin itirilməsi hallarından icbari sığortalanmalıdırlar.

 

AzEdu.az APA-ya istinadən xəbər verir ki, bunu Peşə təhsili üzrə Dövlət Agentliyinin direktor vəzifəsini icra edən, direktor müavini Ceyhun Kərəmov bildirib. Onun sözlərinə görə, burada yanaşma ondan ibarətdir ki, tələbə əməliyyat sahəsindədirsə, onun sığortalanması işəgötürən tərəfindən, təhsil müəssisəsindədirsə, müəssisə tərəfindən təmin olunmalıdır:

“Lakin hazırda bizim peşə təhsili müəssisələrində tələbələrin sığortalanması aparılmır. Və ya sadəcə müəyyən layihələr çərçivəsində iş yerində öyrənən tələbələrin fərdi qəza sığortası olur. Bu istiqamətdə qanunvericilikdə boşluqlar var. Hazırda istehsalatda bədbəxt hadisələrlə bağlı icbari sığorta işəgötürənlə müqaviləsi olanlara şamil edilir. Bizim bütün müəssisələrimizi əhatə etmədiyi üçün ciddi problem kimi görürük. Bu istiqamətdə bir sıra təkliflər hazırlanır. Növbəti illərdə peşə təhsilinə cəlb olunan bütün tələbələr hesab edirəm ki, sığortalanmalıdırlar. Beynəlxalq praktikada da bu, belədir. Məsələn, Türkiyədə peşə təhsili alan bütün tələbələr dövlət tərəfindən sığortalanır”.