Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-22 17:57:00
Ölkədə müxtəlif funksiyalı nə qədər peşə təhsili müəssisələri yaradılıb ? –Rəsmi rəqəmlər

“Asan Peşə” layihəsi 2016-cı ildən həyata keçirilir.Bununla yanaşı 2016-cı ildə  “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq Nazirlər Kabineti tərəfindən Bakı və Gəncə şəhərləri üzrə ilk peşə-ixtisas təhsili müəssisələri şəbəkəsinin rasionallaşdırılması ilə bağlı qərar da qəbul edilib.

Peşə təhsili ilə bağlı Mingəçevirdə keçirilən seminar zamanı bu haqda məlumat verilib.

AzEdu.az xəbər verir ki, optimallaşdırma tədbirləri nəticəsində Bakı və Gəncə şəhərlərində yerləşən 32 peşə təhsil müəssisəsi rasionallaşdırılmış və onların bazasında 13 ixtisaslaşmış Dövlət Peşə Mərkəzi yaradılıb.

Qəbələ Peşə Məktəbi və Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzinin bazasında peşə liseyi statusu ilə fəaliyyət göstərən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb.

Qeyd edək ki, ilkin rasionallaşdırma nəticəsində 83 peşə təhsili müəssisəsi yaradılıb.