Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-23 12:30:00
İşləyən tələbələrə güzəşt edilsin! -  Universitetlər yeni sistem yaratmalıdır

Əvvəllər bəzi ali təhsil müəssisələrində axşam növbələri mövcud idi. Bu isə işləyən tələbələr üçün olduqca böyük imkanlar yaradırdı. Belə ki, onlar gün ərzində çalışıb, axşam növbəsində təhsil ala bilirdilər. İndi isə işləyən tələbələrin çoxu ya dərslərdə az iştirak edir, ya da qayib limitindən kəsilirlər.

 

Maraqlıdır, bu problemin qarşısını necə almaq olar?  

 

AzEdu.az-a açıqlama verən sabiq deputat, təhsil üzrə ekspert Sona Əliyeva bildirib ki,universitetlər çalışıb yeni sistem yaratmalıdırlar:

 

“Artıq bütün dünyada demək olar ki, təhsi müəssisələrində axşam növbələri ləğv olunub. Amma bunun bütün dünyada ləğv olunmasının səbəbi başqadır. Çünki onlar onlayn təhsilə və müstəqil öyrənmə təcrübələrinə keçməklə əlaqədar axşam növbələrini ləğv ediblər. Azərbaycanda isə axşam növbələrinin ləğv olunmasına baxmayaraq alternativ təklif edilməyib. Bunun üçün bəzi həll yolları var. Bundan ötrü universitetlər çalışmalı və bu sistemi yaratmalıdırlar. Universitetlər tələbələrə dərs və iş saatlarına uyğun balans yarada biləcəkləri bir sistem təklif edə bilər”.

 

Ekspertin sözlərinə görə universitetlər istehsalat sahəsi və özəl sektorla birbaşa bağlı olmadıqlarına görə bu prosesdə geridə qalırlar:

 

“İşə ehtiyacı olan tələbələr üçün ali məktəblər ixtisaslaşdırdığı sahələr üzrə özəl və yaxud digər dövlət qurumları ilə bağlı yarımştat işlər təklif edə bilər. Burada tələbə həm təcrübə qazanar, həm maaş alar, həm də təhsilindən geri qalmaz”.

 

S.Əliyeva bildirib ki, işləyən tələbəyə univeristet onlayn tədris seçimləri təklif edə bilər:

 

“Hər bir halda universitet bu yöndə işə ehtiyacı olan tələbələrlə bağlı mütləq şəkildə dəstək verməlidir. Onlara şərait yaradılmalıdır ki, həm təhsillərini, həm də işlərini eyni anda tənzimləyə bilsinlər.

 

Hazırda tələbələrin çoxu əmək müqaviləsi ilə işləmir. Belə olan halda təhsil aldıqları ali təhsil müəssisəsinə işlədikləri ilə bağlı hər hansısa rəsmi sənəd təqdim edə bilmirlər. Bu da başqa bir problemdir. Əslində bütün yükü universitetlərə yükləmək olmaz. Amma ən azından yaxşı oxuyan, bacarıqlı, çalışmaq həvəsi olan  tələbələr üçün müvafiq imkanlar yardıla bilər”.