Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-23 11:03:00
Prezidentliyə namizədlər: Fuad Əliyevin TƏHSİLİ  

Bu il fevralın 7-si növbədənkənar prezident seçkiləri keçiriləcək. 7 nəfər prezidentliyə namizədliyini irəli sürüb.

 

Namizədlər sırasında Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;. Milli Məclisin deputatı Zahid Oruc; Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev; Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa; Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev; Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev; Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev yer alır.

 

AzEdu.az Təhsil Portalı hər bir namizədin təhsili barədə məlumat verir.

 

Bu dəfə növbəti Prezidentliyə namizəd Fuad Əliyevin təhsili barədə məlumat verəcəyik.

 

Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev 1970-ci ilin aprelin 4-də Bakı şəhərində anadan olub. O, 1986-cı ildə 160 nömrəli orta məktəbi bitirib. Həmin il Azərbaycan Xarici Dillər İnstitutuna  qəbul olunub. 1988–1989-cu illərdə Moskva və Mıtişi şəhərlərində orduda xidmət edib. 1992-ci ildə AXDİ-ni bitirib.

 

Qeyd edək ki, Fuad Əliyev 2008-ci il Azərbaycan Respublikası prezidenti seçkilərində prezidentliyə namizədləyini irəli sürüb. Bu seçkilərdə 7 namizəd arasında Fuad Əliyev altıncı yeri tutub.