Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-26 14:13:00
Kişilər bu öhdəliklərə görə müəllim olmaqdan İMTİNA EDİR

“Qızların ali təhsil alması daha da əlçatan olmalıdır”

 

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov qeyd edib.

 

Ekspert bildirib  ki, müəyyən ixtisaslar üzrə gender disbalansının böyüməsi gələcək nəsillərə yaxşı vədlər vermir:

 

“Apardığım tədqiqata görə Rusiyada 2018-ci ildə idarəçilikdə olan qadınlar 78% təşkil edirdisə 2022-ci ildə bu 88% olmuşdur. Amma kişi müəllimlərin azlığı təkcə məvacibin azlığı ilə məhdudlaşmır. Təhsilalanların sağlamlığı və onlara görə məsuliyyət, psixoloji gərginlik, əxlaq normaları, və ən əsası yeniyetmələrin təlim və tərbiyəsinin keyfiyyəti ilə bağlı öhdəliklər kişiləri bu peşəni seçməzdən əvvəl düşünməyə vadar edir. 2020-cü ildə Rusiyada orta aylıq qadın müəllimin maaşı orta aylıq kişi müəllimin maaşından 24% az olmasına baxmayaraq bu kişilər üçün müəllim peşəsinin seçilməsində stimul olmamışdır. Araşdırmanın sonunda bu qənaətə gəlirəm ki, tarixin bütün dövrlərində genefondun və ənənələrin qoruyucusu hesab edilən qadın, bu gün də təhsildə bərqərar olmuşdur”.

 

Son olaraq  K.Əsədov ölkənin ali təhsil  müəssisələri üzrə neçə tələbənin təhsil aldığını diqqətə çatdırıb:

 

“Ölkəmizin ali təhsil müəssisələrinin bakalavr pilləsi üzrə 157.662 tələbə təhsil alır və bu tələbə kontingentinin 78.052 nəfərini qızlar təşkil edir. Bakalavr pilləsi üzrə 145.127 nəfər əyani, 12.535 nəfər isə qiyabi təhsil alır. Qiyabi təhsil alanlardan 5.922 nəfər qızlardır. Ümumiyyətlə təhsil alanların 92 faizi əyani, 8 faizi qiyabi təhsil alır. Özəl ali təhsil müəssisələrində 14.366 nəfər (9%) təhsil alır və onlardan 7.117 nəfəri qızlardır. Ali təhsil müəssisələrinin magistratura ixtisaslarında təhsil alan tələbələrin sayı I kurs üzrə 6.416 nəfər, II kurs üzrə 6.389 nəfər, III kurs üzrə isə 637 nəfərdir. Bunlardan qızların sayı 7.258 nəfərdir”.