Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-19 09:43:34
Şamaxıda azyaşlılar dəm qazından zəhərlənib

Şamaxıda iki azyaşlı dəm qazından zəhərlənib.

 

AzEdu.az xəbər verir ki, hadisə rayonun Aşıqalı küçəsində qeydə alınıb.

 

Rayon sakinləri - 2023-cu il təvəllüdlü Xəlilov Zeyid Şəhriyar oğlu və bacısı 2021-ci il təvəllüdlü Xəlilova Xədicə Şəhriyar qızı dəm qazından zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Hazırda vəziyyətlərinin stabil olduğu bildirilir.